Makronun açıqlamaları
Fransa Prezidenti Emmanuel Makronun Marseldə erməni lobbisi ilə görüşdə qərəzli, birtərəfli və reallıqdan uzaq açıqlamaları onun Qarabağda separatizmi fəal şəkildə dəstəkləməsinə sübutdur".
Bu fikirlər Fransa liderinin məqsədlərini anlamağa çalışan analitik Ceyms Uilsonun "EU Reporter"də dərc olunan məqaləsində yer alıb.
Onun sözlərinə görə, Cənubi Qafqaz kiçik region olsa da, burada bir neçə fövqəldövlətin maraqları toqquşur.
Müəllif Avropa İttifaqı (Aİ) və ABŞ-nin Ermənistanla Azərbaycan arasında sülhün yaranmasında çox maraqlı olduqlarını vurğulayıb: "Həm ABŞ, həm də Aİ sülh sazişinin imzalanmasına vasitəçilik edirlər".
C.Uilson bildirib ki, Fransanın dövlət başçısı digər Avropa ölkələrinin Qarabağda separatizmi dəstəkləməməsindən də narahat deyil.
Müəllifin fikrincə, Makron etiraz və iğtişaş dalğası ilə sarsılan ölkəsində asayişi və sakitliyi bərpa etmək əvəzinə, siyasi oyunlarla məşğuldur:
"Bu, Avropa İttifaqı üçün enerji resursları mənbəyi olan Cənubi Qafqaz regionunu alovlandıra bilər".
"Makron açıq şəkildə Cənubi Qafqazdakı vəziyyətin sülh yolu ilə həllinə qarşıdır", - o əlavə edib.
C.Uilson Ukraynanın ən böyük internet nəşrlərindən biri olan "Censor"dan da sitat gətirib. Qeyd edib ki, nəşrdə dərc edilən məqalədə Parisin Qafqazda təsirini gücləndirmək üçün Moskva ilə siyasi koalisiyaya can atdığı vurğulanır.