Eşq ya var, ya da yoxdur
– Eşq çox çətin söhbətdir.
– Çətin söhbətdir? Eşq ya var, ya da yoxdur. O ki qaldı eşqin asan söhbət olamağına, ona ümumiyyətlə eşq demək olmaz.
Kimi isə – əsasən, doğma övladlarını – çox sevmək təhlükəlidir. Təcrübə göstərir ki, bunu az-az, tədricən etmək lazımdır. Onsuz da gec-tez sənin sevgin alt-üst olur və onu kəfənə bürüyüb bir dəliyə atırlar. Bax bu səbəbdən başqa bir sevgi üçün özündə güc saxlamalısan.
Kişi – sadəcə kişidir. Amma oğul – hə, bax bu, doğrudan da başqa şeydir.
Elə təhnalıq var ki, üstündən sükutla keçmək olar. Qolları sinədə çarpazlayır, dizləri bükürsən və yırğalan ki, yırğalan… Bu hərəkət gəmi yırğalanmağından fərlidir, adamın ruhunu sakitləşdirir. Bu hiss haradansa içdən gəlib səni bütünlüklə ağuşuna alır. Elə tənhalıq da var ki, o səni kənardan zəbt edir. Onu sakitləşdirmək olmur. O çox canlı və azad olur, istədiyini edir. O yayılıb çoxalır, bütün ətrafını bürüyür, belədə sanki öz addım sıslərini kənardan eşidirsən.
Heç nəyi ağrısız sağaltmaq olmur.
Ədalətli olan hər şey həqiqətdir.
Həyatda geri qayıdan hər şey adamı ağrıdır.
Əgər azad gəzə, sərbəst yata bilirsənsə, demək, həyat davam edir və bir sözlə bu, çox gözəl hissdir.
– Əgər mənim fikrim sənin üçün maraqlıdırsa…
– Yox, maraqlı deyil, – qadın cavab verdi, – mənim öz fikrim var.
Əgər keçilməz bir şeyiniz varsa, o zaman başqa hər şeydən keçmək olar.
Hər halda onlara elə gəlir ki, istənilən xalaqın taleyinə edə biləcəyi qədər günah yazılıb.
Ədəbiyyat üzrə Nobel mükafatçısı Toni Morrison