Avropadakı yanğınlar kosmosdan görünür
Nəhəng alovlar, kömürləşmiş meşələr, gecə-gündüz narıncı rəngdə qalan səma... Aralıq dənizinin hər tərəfində ölkələri dağıdan yanğınlar arxalarında kimsəsiz mənzərə qoyur. Onların yaratdığı zərərlər indi kosmosdan görünür.
Loading.aZ xarici mənbəyə istinadən xəbər verir ki, Avropanın Sentiel-2 peyki tərəfindən çəkilən görüntülər xüsusilə Yunanıstanda 40 min hektar ərazinin yandığı Rodos adasındakı vəziyyətin nə dərəcədə olduğunu göstərib. Görüntülər vasitəsilə yanğından sonra qaralmış bütün bitki örtüyünü görə bilərik. İndiyədək, Yunanıstanın müxtəlif bölgələrində 67 yanğın hadisəsi qeydə alınıb.
Peyk həmçinin Əlcəzair üzərində nəhəng tüstü görüntülərini müşahidə edə bilib. İyulun əvvəlindən ölkə güclü isti dalğası ilə üzləşib, temperatur 48°C-ə çatıb. Orada ən azı 34 nəfərin ölümünə səbəb olan 90-dan çox yanğın qeydə alınıb.