Nəfəs

Nəfəs Mətbəx 6-08-2023, 19:30

Kartoflu keks resepti

Kartoflu keks resepti
Tərkibi:

2 ədəd orta boy kartof (qaynadılmış)

3 ədəd orta boy yumurta

1 su st duru yağ

1 su st qatıq

2,5 su st un

1 paket qabartma tozu

3 sap yaşıl soğan

1 dəstə cəfəri

1 ç/q duz

1 y/q susam

1 ç/q çörəkotu

Hazırlanması:

Qaynadılmış kartofları soyun və kub halında doğrayın. Yuyub qurutduğunuz cəfəri və təzə soğanı incə-incə doğrayıb qırağa qoyun.

Yumurta, duru yağ, qatıq və duz əlavə edərək 2 dəqiqə çırpın.

Unu, qabartma tozunu əlavə edərək 1 dəqiqə çırpın. Doğradığınız cəfəri, soğan və kub-kub doğranan kartofları əlavə edib qarışdırın.

Soba qabını yağlayın, qarışımı tökün. Keksin üstünü düzəldin, çörəkotu və susam səpin.

180 dərəcə əvvəlcədən isidilmiş sobada üstü qızarana qədər təxminən 30 dəqiqə bişirin.

Soyuyanda dilimləyərək servis edin.


P.S Mən hazırlədım evdə Həqiqətən çox dadlı oldu evdəkilər də çox sevdi, bu arada şəxsi paylaşdımdır bu gözəl resepti sizin ilə bölüşmək istədim.hazırlayan hər bir kəsə NUŞ OLSUN !

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
510 397 433 447 466 452

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.