ice berg

ice berg Müxtəlif 11-08-2023, 22:00

Cahillikdən, qaranlığa

Cahillikdən, qaranlığa
Qaranlıqdan, aydınlığa. Bu söz belədə ola bilərdi “Cahillikdən, qaranlığa”. Çünki Dostoyevski’də deyib “Hər şeyi tam anlamı ilə bilmək bir xəstəlikdir dostum”. Adam haqlıdır. Çexov’da “Evdə” adlı qisa hekayəsində deyir “Əvvələr insanlar bəsit idilər, buna görə də az düşünər və problemi cəsarətlə həll edərdilər. Ancaq biz çox düşünürük, məntiq bizi yedi bitirdi. İnsan nə qədər çox inkişaf etmiş olursa, və nə qədər diqqətli düşünərsə, bir o qədər qərarsız, vəsvəsəli və qorxaq başlar. Doğrudanda, dərin düşünüləndə, dərs oxutmaq, hökm vermək, qalın kitablar yazmaq nə qədər cəsarət və özünə inam tələb edir. “ Da Vinci isə deyib “ Oyandım gördüm ki, hər kəs yatıbdır”. Səndə əgər skeptist doğulmusansa, mütləq oyanıb yatmışların yanından qaçmaq İstəyəcəksən. Ancaq sənə pis xəbərim var, hara qaçırsan qaç, daima xorultu səsləri eşidəcəksən. Yada mürgülü halda küçədə zombi kimi gəzən tək-tük insan. Sən oyanıb görürsən ki, boşuna milliyətçi olmusan, çünki eyni dünyada, eyni torpağın üstündə, ona fərqli ad verən insanların oyununa gəlmisən. Boşuna inanclı olub, başqa başqa inanclara gülmüsən. Çünki inanc sadəcə siyasəti ayaqda saxlayan bir biznes imiş, anlayırsan. Necə ki sən yəhudilərə, xristian və buddistlərə gülmüsən, eləcədə onlar sənə. Boşuna özün üçün bir ideologiya seçmisən. Çünki anlayırsan, hər kəs öz fikrinə səni ortaq edib, yüksəlməyə çalışıb. Sən oyandıqdan sonra anlayırsan ki, səndən hər tərəfli istifadə ediblər. Qulağın, gözlərin və hisslərin vasitəsilə, beyninə girərək, səni zəhərləməyə çalışıblar. Ancaq sən oyanaraq xilas olmusan.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
497 478 426 385 424 390

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.