ice berg

ice berg İdman 26-09-2023, 14:00

Boksçularımız beynəlxalq turnirdə 6 medal qazandı

Boksçularımız beynəlxalq turnirdə 6 medal qazandı
Boksçularımız beynəlxalq turnirdə 6 medal qazandı

Rusiyanın Anapa şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatıb.

Federasiyadan verilən məlumata görə, yarışda Azərbaycan millisi 6 medal əldə edib.

Komandamızın heyətində Zeynəb Rəhimova qalib adına layiq görülüb. 54 kq çəkidə çıxış edən idmançı finalda rusiyalı Ulyana Savronu məğlub edərək, qızıl medala yiyələnib.

Yığmamızın digər boksçularından Tural Sarıyev (48 kq), Nicat Hüseynov (54 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq) və Mehparə Məmmədova (48 kq) bürünc mükafata sahib olublar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
323 345 341 367 386 398

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.