ice berg

ice berg Programlar 27-09-2023, 19:51

"Google"un 25 yaşı tamam oldu

"Google"un 25 yaşı tamam oldu
Artıq 25 ildir ki, internet istifadəçiləri "Google" axtarış sistemindən istifadə edərək məlumat axtarırlar.

"Google" rəsmi yaranma tarixi 4 sentyabrdır. 1998-ci ilin bu günü Stenford Universitetinin iki tələbəsi Larri Peyc və Sergey Brin öz axtarış sistemini işə salıblar.

Lakin 2005-ci ildən "Google"un yaranma günü sentyabrın 27-də qeyd olunur. Tarix rekord indeks miqdarını (yəni axtarış sistemi tərəfindən baxış keçirilən rekord sayda səhifə) elan etmək üçün dəyişdirildi.
Yaranma gününü qeyd etmək üçün "Google" baş səhifəsinə axtarış sisteminin loqosunun illər ərzində necə dəyişdiyini göstərən animasiya əlavə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
454 411 359 332 405 355

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.