ice berg

ice berg Sağlamlıq 3-10-2023, 11:00

Badamın bu faydalarını bilirdiniz?

Badamın bu faydalarını bilirdiniz?
Cənubi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, badam yemək orqanizmə faydalı təsir göstərir. Bu çərəz çəki və qanda "pis" xolesterinin səviyyəsini azaltmağa kömək edir.

"Loading.aZ " xəbər verir ki, nəticələr "Obesity" elmi jurnalında dərc olunub.

Müəlliflər iki qrupa bölünmüş 140 nəfərdən ibarət nümunə seçiblər. Birinci qrupun pəhrizinə badam daxil olub, ikincinin pəhrizinə isə yox. Subyektlər üç ay ərzində xüsusi pəhriz edib. Alimlər təcrübənin sonunda və əvvəlində bütün iştirakçıların sağlamlıq göstəricilərini ölçüb.

Nəticələr göstərdi ki, bu qida daha uzun müddət toxluq hissini saxlamağa, bu da öz növbəsində arıqlamağa kömək edir. Həmçinin xolesterinin səviyyəsini normallaşdıraraq və bədəndəki iltihabı azaldaraq ürək-damar sağlamlığını dəstəkləyir.

Alimlərin fikrincə, bu təsiri badamın zülal, lif, doymamış yağlar və antioksidantlarla zəngin olması ilə izah etmək olar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
359 388 349 278 320 300

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.