KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 3-10-2023, 10:55

Çili bibəri yemək üzrə dünya rekordu qırılıb

Çili bibəri yemək üzrə dünya rekordu qırılıb
Maykla 50 Karolina Əzrayılı (Carolina Reaper) sortundan olan bibərləri yemək üçün altı dəqiqə 49,2 saniyə lazım olub. Bu tərəvəz Ginnesin Rekordlar Kitabına dünyanın ən acı bibəri kimi düşüb. Bununla belə, kişi qısa müddət ərzində daha 85 ədəd yeyərək davam edib. Orta hesabla, bir çilini yemək üçün o, səkkiz saniyə sərf edib.

"Ən qorxulu olan ilk bibərdir. İkinci artıq o dərəcədə acı gəlmir insana, lakin daha sonra hər növbəti bibər daha da acı gəlir", - deyə Cek bildirib.

Kanadalı acı yeməyə öyrəşsə də, yenə də mədədə diskomfort hissi olduğunu deyib.

"Məndə güclü sancılar başladı. Sanki kimsə bağırsaqlarını sıxaraq, onları çölə çıxarır. Ağıl "dayan" deyir, lakin sən özünü davam etmək lazım olduğuna inandırırsan", - deyə o, əlavə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
317 322 353 271 303 273

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.