Qubad İbadoğlu hərəkət etməkdə çətinlik çəkir”
Qalib Bayramov “Azadlıq Radiosu” na danışıb.
Qardaşı deyib ki, oktyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində də onun hərəkət etməkdə çətinlik çəkməsi diqqətdən qaçmayıb:
“Şiddətli bel ağrılarından əziyyət çəkir. Gündə üç dəfə ağrıkəsici qəbul edir. Neçə gündür ki, bununla əlaqədar müayinə üçün həkim tələb edir. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi də vəziyyətdən xəbərdardır. Çünki müayinə və müalicə üçün bu idarəyə də rəsmi qaydada müraciət olunub”.
Yaxınlarının sözlərinə görə, partiya sədri kəskin ürək xəstəliyindən, eləcə də təzyiq və şəkərli diabetdən də əziyyət çəkir.
Bakı Apellyasiya Məhkəməsində Q.İbadoğlu saxlanılan gün aparılan axtarışın qanunsuz hesab edilməsi ilə bağlı vəkillərinin verdiyi şikayətə baxılıb. Partiya sədrinin adına olan, ancaq o, xaricdə yaşayıb-işlədiyinə görə illərdir başqaları tərəfindən ofis kimi istifadə edilən mənzildə iyulun 23-də axtarış aparılıb və oradan bir bölümü saxta olan dollarlar tapıldığı iddia edilib.