Kremldən Ermənistanda Roma Statutunun ratifikasiya edilməsinə reaksiya
TASS-a istinadla xəbər verir ki, o, bunu Ermənistan parlamentinin bu gün Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsinə münasibət bildirərkən deyib.
"Biz əvvəldən də ikitərəfli münasibətlər nöqteyi-nəzərindən Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının düzgünlüyünə şübhə edirdik. Biz hələ də hesab edirik ki, bu, düzgün olmayan qərardır", - o qeyd edib.
Peskov Ermənistanın Rusiya üçün dost dövlət, tərəfdaş olduğuna da diqqət çəkib.
"Əlbəttə ki, bizi qardaş erməni xalqı ilə çox şey birləşdirir. Və bizi əbədi olaraq birləşdirəcəyinə də şübhə etmirik. Amma eyni zamanda, əlbəttə ki, Ermənistanın hazırkı rəhbərliyinə əlavə suallarımız olacaq”, - deyə Kreml nümayəndəsi bildirib.
Peskov həmçinin bildirib ki, Ermənistanın Roma Statutuna qoşulması Rusiya üçün həll yolu tapmağı tələb edəcək.