KiBirLi_PrenS.

KiBirLi_PrenS. Xəbərlər 17-10-2023, 09:00

İsrail İran ərazisinə hücum etməsə, İran döyüşə girməyəcək”

İsrail İran ərazisinə hücum etməsə, İran döyüşə girməyəcək”
Agentlik İsrailin Qəzzada quru əməliyyatına başlayacağı təqdirdə İranın vəziyyətə müdaxilə etmək niyyətində olub-olmadığını və belə bir halda İranın hansı tədbirləri görə biləcəyini soruşub.
"İsrail aparteidinin İrana, onun maraqlarına və vətəndaşlarına hücum etməyə cəsarət etməmək şərti ilə İranın silahlı qüvvələri iştirak etməyəcək. Müqavimət cəbhəsi özünü müdafiə edə bilər", - İranın Daimi Nümayəndəliyi cavab verib.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib, su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
274 300 271 282 252 290

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.