HASANLY

HASANLY İdman 27-10-2023, 15:15

Messinin keçmiş məşqçisi: “Ronaldu hələ də dünyanın ən yaxşısıdır!”

Messinin keçmiş məşqçisi: “Ronaldu hələ də dünyanın ən yaxşısıdır!”
PSJ-nin keçmiş baş məşqçisi Kristofer Qaltye (Messi onun rəhbərliyi altında oynayırdı) Asiya Çempionlar Liqası matçında “Əd-Duhail”ə (4:3) qol vuran “Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldunun oyununa heyran olub.

“Əgər Ronaldu sizə qarşı oynayırsa, edə biləcəyiniz çox az şey var. O, iki gözəl qol vurdu. Bu futbolçunu təsvir etməyə sözüm yoxdur. O, 38 yaşlı futbolçu üçün qeyri-adi bir şey edir. O, hələ də dünyanın ən yaxşı oyunçusudur”, - deyə Qaltye bildirib.

Ronaldu bu mövsüm “Ən-Nəsr”in heyətində bütün turnirlərdə 13 matçda 14 qol vurub və yeddi məhsuldar ötürmə edib.
Mənbə: The Daily Star

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
300 339 334 328 363 308

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.