Ulya

Ulya Şeirlər 7-08-2017, 17:40

Suya həsrət gülə bənzər ürəyim

Suya həsrət gülə bənzər ürəyim
Suya həsrət gülə bənzər ürəyim


Suya həsrət gülə bənzər ürəyim,
Qəmə möhtac dilə bənzər ürəyim.
***
Yenə qəm karvanı yollarda qalıb,
Çaya irməz selə bənzər ürəyim.

***
Üzü gülmür,niyə pəjmürdə halım,
Şana görməz telə bənzər ürəyim.
***
Neçə vaxtdır,qəmi pünhan çəkirəm,
Odu sönmüş, külə bənzər ürəyim.

***
Qəmə, Mövlud,dözəcəksən nə qədər,
Dinə bilməz dilə bənzər ürəyim.



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
592 674 608 548 607 604

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.