ice berg

ice berg Sağlamlıq 4-01-2024, 19:00

Çia toxumlarının bilmədiyimiz faydaları

Çia toxumlarının bilmədiyimiz faydaları
Alimlər çia toxumlarının müalicəvi xüsusiyyətlərini aşkar ediblər.

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, son araşdırmalar xərçəng və yüksək qan təzyiqinin mümkün müalicəsi də daxil olmaqla, çianın potensial tibbi faydalarını müəyyən edib.

Çia toxumları lif, protein və sağlam yağlarla zənginliyi ilə tanınır. Tədqiqatçılar bu toxumlarda sağlamlığımızı yaxşılaşdıra biləcək 2700-dən çox gen müəyyən ediblər. Bu genlər ürək sağlamlığı və xərçəng hüceyrələri ilə mübarizə üçün faydalı olan çoxlu doymamış yağ turşularının sintezindən məsuldur. Qida sənayesində, kosmetikada və hətta əczaçılıqda istifadə oluna bilən geləbənzər maddənin əmələ gəlməsinə kömək edən genlər də aşkar edilib.

Çianın həzm prosesi diabet və hipertoniya kimi problemləri müalicə edə bilən kiçik hissəciklər buraxır. Bu kəşf yeni təbii müalicələrin inkişafı üçün zəmin yarada bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
338 332 305 327 278 292

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.