ice berg

ice berg Məşhurlar 8-01-2024, 15:00

Fərda uşaqlıqda başına gələn möcüzədən DANIŞDI

Fərda uşaqlıqda başına gələn möcüzədən DANIŞDI
Aktyor Fərda Amin teleproqramlardan birində başına gəlmiş maraqlı bir hadisə barədə danışıb.

Loading.aZ'ın xəbərinə görə, aktyor üçüncü sinfə qədər danışa bilmədiyini, nitqinin qüsurlu olduğunu deyib.

“Sinifdə uşaqlar lağ edirdilər, pərt olurdum. B, r, o hərflərini deyə bilmirdim. Həyəcanlananda, daha çox kəkələyirdim, dilim batırdı. Ağlayırdım. Balaca idim, Allaha dua eləməyi də bilmirdim, eləcə arzu edirdim ki dilim açılsın.

O zaman atamın işinə görə, Lerikdə yaşayırdıq. Bir gecə yuxuda mənə dedilər ki, anana de səni Babagil pirinə aparsın. Yuxudan ağlayaraq durub anama dedim. O zamana qədər evdəkilər də bu pir barədə heç nə eşitməmişdilər. Səhər məni pirə apardılar. Evə gəldim yatdım. Yuxudan duranda problemsiz danışa bilirdim”, - o bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
291 272 321 280 328 309

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.