reklam
O məşhur mahnı necə yarandı? – Güllələnmiş məhbusun son pıçıltıları O məşhur mahnı necə yarandı? – Güllələnmiş məhbusun son pıçıltıları https://take.az/uploads/posts/2024-01/1706187814_65b23c87927c665b23c87927c7170617971965b23c87927c165b23c87927c4.jpg
ice berg

ice berg Maraqlı 25-01-2024, 23:00

O məşhur mahnı necə yarandı? – Güllələnmiş məhbusun son pıçıltıları

O məşhur mahnı necə yarandı? – Güllələnmiş məhbusun son pıçıltıları
Sevilərək dinlənilən, sərhəd tanımadan türk dünyasında yayılan “Aldırma gönül, aldırma” türküsünün maraqlı yaranma tarixçəsi var. Bu yanıqlı mahnının sözlərini müəllif həbsdə olanda yazıb.

Loading.aZ mahnının yaranma tarixçəsindən bəhs edir.

Türkiyəli yazıçı və şair Sabahattin Ali (Azərbaycanlı oxucular onu “Xəz paltolu Madonna”, “Kuyucaklı Yusuf”, “İçimizdəki şeytan” kimi əsərləri ilə tanıyırlar) 1947-ci ildə kommunist düşüncələrinə, siyasi baxışlarına görə Qara dənizin sahilində yerləşən Sinop qalasında həbsdə yatırdı. Şair həbsxana divarlarını yuyan dənizin dalğalarının səsini eşidir, qoxusunu alır, amma görə bilmirdi. Ona görə də qaldığı hücrənin kiçik nəfəsliyindən göy üzünü seyr edə-edə oxuyurdu:

Görmesen bile denizi
Yukarıya çevir gözü
Deniz gibidir gök yüzü
Aldırma gönül aldırma

Başın öne eğilmesin
Aldırma gönül aldırma
Ağladığın duyulmasın
Aldırma gönül aldırma

Dışarıda deli dalgalar
Gelip duvarları yalar
Seni bu sesler oyalar
Aldırma gönül aldırma


Sabahattin Ali iki dəfə həbsdə olub. “Aldırma gönül” desə də ruhu azadlığa can atan şair həbsdən qaçır, Kırklareli diyarından Bolqarıstana keçmək istərkən sərhəddə güllələnir və 41 yaşında həyata vida edir.

Şair özü həbsdə olsa da, şeiri onun sağlığında azadlığa çıxa bilmişdi. Kommunist gənclər bu şeiri müxtəlif melodiyalarla azadlıq manifesti kimi oxuyurdular.

Şairin ölümü ilə “Aldırma gönül” bir başqa məna daşımağa başlamışdı.1950-ci illərin sonunda gənc türküçü Edip Akbayram bu sözlərə musiqi bəstələyir, “Aldırma gönül” dildən-dilə yayılır. Nakam şairin yanıqlı şeiri siyasətin qurbanı olmuş bir ziyalının adını xalqın könlünə həkk edir.

Özü mavi göylərə, dənizlərə, sadəcə insan kimi azad yaşamağa doymadan ölsə də, həsrət qoxuyan mahnısı 70 ildən çoxdur sevilir, eldən-elə qanad çırpır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
96 93 80 118 103 109

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.