ice berg

ice berg Sağlamlıq 4-02-2024, 10:00

Niyə dərman içəndə qreypfrut yemək olmaz?

Niyə dərman içəndə qreypfrut yemək olmaz?
Qreypfrutun dərmanlara necə təsir etməsi, ən çox verilən suallardan biridir.

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, qreypfrutun 100-dən çox dərmanla, bəzi dərmanlarlasa hətta təhlükəli dərəcədə reaksiyaya girdiyi aşkar edilib. Məsələn, qan təzyiqinə qarşı dərmanların təsirini bir neçə dəfə artırdığı məlumdur.

Bu, qreypfrutun tərkibindəki furanokumarin adlı maddədən qaynaqlanır.

Bir qreypfrut və ya bir stəkan qreypfrut suyu xolesterola qarşı bəzi dərmanlarının təsirini 13 dəfə artıra bilər. Bu isə həm də yan təsirlərin artması deməkdir.

Qreypfrutla reaksiyaya girən dərmanlar aşağıdakılardır:

• xolesterolu azaldan bəzi statinlər (xüsusilə simvastatin tərkibli);

• aritmiyaya (ürək ritminin pozulması) qarşı dərmanlar;

• bəzi antipsikotik (psixiatrik xəstəliklərdə istifadə olunan) dərmanlar;

• orqan transplantasiyasından sonra immun sistemini yavaşlatmaq üçün istifadə olunan bəzi dərmanlar;

• erektil disfunksiya (cinsi orqanda sərtləşmə pozuqluğu) qarşı bəzi dərmanlar.

Sevilya portağalı və pomelo meyvəsində də furanokumarin var. Adi portağalda bu maddə yoxdur, amma bəzən o da dərmanlara təsir edə bilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
320 315 307 314 285 239

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.