ice berg

ice berg Programlar 8-02-2024, 11:00

“Teleqram”da nəzarəti gücləndirmək təklif edildi

“Teleqram”da nəzarəti gücləndirmək təklif edildi
Estoniya Avropa Komissiyasına “Teleqram” messencerinin tənzimlənməsini gücləndirmək üçün təkliflər göndərib. Buna səbəb platformadan ekstremistlər və dezinformasiya yayanlar tərəfindən istifadə edilməsi iddiasıdır.

Loading.aZ xəbər verir ki, bu barədə “Die Presse” qəzetinə Estoniyanın Baş naziri Kaja Kallas bildirib.

"Biz “Teleqram” platforması ilə bağlı narahatlığımızı Avropa Komissiyasına göndərmişik. Platforma vasitəsilə çoxlu dezinformasiyalar yayılır və bəzi “Teleqram” kanalları ekstremist qruplar üçün münbit zəmindir. Bu təhlükənin qarşısını almaq üçün biz tənzimləməni gücləndirməliyik. Eyni zamanda, əhali arasında media savadlılığını artırmaq lazımdır," – deyə Estoniya hökumətinin başçısı əlavə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
349 347 306 329 322 315

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.