Ulya

Ulya Sevgi 9-08-2017, 20:20

Sanki ondan əvvəl yox idin

Sanki ondan əvvəl yox idin



Heç ümid etmədiyin bir anda, heç ümid etmədiyin qədər çox sevə bilərsən.
O qədər tanış, əziz gələr ki, sənə o bilmərsən necə izah edəsən.
Bir çox insan gəlir-gedir həyatına.
Amma elə biri bir gəlir ki, budur deyirsən mən səni gözləmişəm hər an hər saniyə.
Həyatın yalnız standart şeylər arasında gedib gələrkən bir anda bütün həyatın onun gəlişiylə dəyişir. Onunla olmaq gülüşünü, qoxusunu, sarılmasını, düşünmək istəyirsən.
Birdən birə ancaq O olursan.
Sanki ondan əvvəl yox idin və ondan sonra da ola bilmərsən.
Əllərini istəyirsən ən çox.
Sarılmasını, qoxusunu.
Və bir gün başa düşürsən ki, onun hərşeyi ola bilərsən.
Gecənin bir yarısı susadığında heç etiraz etmədən su gətirə bilərəm.
Ya da acdığında o saatda düşünmədən belə qarnını şəfqətlə doydura bilərəm.
Kiçik şeylərlə çox böyük xoşbəxtliklər verə bilərəm.
Üşüdüyündə əllərini cibimə salıb səninlə üşüyə bilərəm.
Daha əvvəl ora bura atdığım telefonu əlimdə səbirsizliklə tutub ondan mesaj gözləyərkən görürsən özünü.
Bir anda hər şeyin olur o.

Sanki ondan əvvəl yox idin


Bəzən biri bir gün gələr və heçkimin toxuna bilmədiyi yerlərə toxunar içində.
Bəzən biri gələr və sənə qucaqlaşaraq güvənmənin, hüznün necə gözəl oldugunu hiss etdirər.
Bəzən biri gələr sənin onunla bərabər getmək istədiyin hər yer olar.
O sadəcə nəfəsin olar.
Və bilirsən ki,
Onsuz olmur...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
720 755 759 663 726 661

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.