ice berg

ice berg Programlar 1-04-2024, 16:30

TikTok Azərbaycanda 2 milyondan çox video silib

TikTok Azərbaycanda 2 milyondan çox video silib
TikTok platforması 2023-cü il ərzində Azərbaycanda İcma Qaydalarını pozan 2 milyon 71 min 243 video silib.

Loading.aZ xəbər verir ki, bu barədə şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya Xidmətinin yaydığı məlumatda yazılıb.

Bildirilib ki, bunların 903 min 41-i ötən ilin dördüncü rübündə İcma Qaydalarının pozulması səbəbindən silinib. Bu, 2023-cü ilin istənilən rübündə silinmiş videoların ən yüksək sayıdır. Silinmiş videoların ümumi sayının 98 %-i platforma tərəfindən proaktiv şəkildə silinib. Proaktiv silinmə videonun xəbər verilməzdən əvvəl müəyyən edilməsi və silinməsi deməkdir. Videoların 95,8 %-i yayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.

Dünya üzrə isə bu rəqəm dördüncü rübdə 176 milyon 461 min 963 video təşkil edir. Bu, rüb ərzində TikTok tərəfindən silinən ən yüksək video sayıdır.

Silinmiş videoların 96,7 %-i proaktiv şəkildə, 89,9 %-i isə yayımlandıqdan sonra 24 saat ərzində silinib. 8 milyon 12 min 732 canlı yayım isə qanun pozuntularına görə dayandırılıb.

Həmçinin, ötən il TikTok-da dünya üzrə 13 yaşdan kiçik 76 milyon 484 min 236 istifadəçi hesabı silinib. Bununla da TikTok 13 yaşdan kiçik ola biləcəyi üçün silinən hesabların sayını açıqlayan ilk böyük platforma olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
313 401 321 313 328 308

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.