ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 24-04-2024, 20:45

Beynəlxalq Enerji Agentliyi qlobal qaz tələbatı üzrə proqnozunu endirib

Beynəlxalq Enerji Agentliyi qlobal qaz tələbatı üzrə proqnozunu endirib
Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-cü il üçün qlobal qaz tələbatının və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün artım tempi üzrə proqnozunu azaldıb.

Bu barədə “Loading-azın” Agentliyin qaz bazarı üzrə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, IEA qlobal qaz tələbatı üzrə proqnozunu 2,5%-dən 2,3%-ə, LNG təchizatı artımını isə 3,5%-dən 3%-ə endirib.

"Qlobal qaz tələbatının 2024-cü ildə 2,3% artacağı proqnozlaşdırılır. Qlobal LNG tədarüklərindəki məhdud artımlar səbəbindən idxalçı bazarlarda artımın məhdud olacağını gözləyirik. Qaza tələbatın artmasının sənaye, yaşayış və kommersiya istehlakından qaynaqlanacağı gözlənilir. Beləliklə, qlobal qaz tələbatı təxminən 4,19 trilyon kubmetr olacaq”, - hesabatda qeyd olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
208 225 201 197 257 216

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.