amon

amon İdman 9-05-2024, 01:30

Real Bavariya üzərində əzmkar qələbə qazanaraq finala çıxıb

Real Bavariya üzərində əzmkar qələbə qazanaraq finala çıxıb
Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

"Loading.Az" xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Real" (Madrid) doğma meydanda Almaniyanın "Bavariya" klubunu qəbul edib.
Görüş "Kral klubu"nun qələbəsi ilə başa çatıb - 2:1.

Qarşılaşmada hesabı qonaqlar açıb. 68-ci dəqiqədə Alfonso Deyvis fərqlənib. Matçın son anlarında isə meydan sahibləri oyunun axarını dəyişib. 88 və 90 + 1-ci dəqiqələrdə vurduğu qollarla dubl edən Xoselu komandasını finala daşıyıb.

Münxendəki ilk matçda heç-heçə (2:2) qeydə alınmışdı.

Qeyd edək ki, Karlo Ançelottinin komandası finalda Almaniyanın "Borussiya" (Dortmund) kollektivinə rəqib olub

Çempionlar Liqasının finalı iyunun 1-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
275 262 265 321 252 249

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.