ice berg

ice berg İdman 1-06-2024, 18:00

Bu klub rekord qırdı - 34 oyundur uduzmur

Bu klub rekord qırdı - 34 oyundur uduzmur
“Əl-Hilal” “Ginnesin Rekordlar Kitabı”ndan sertifikat alıb.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, Səudiyyə Ərəbistanı klubu ardıcıl 34 oyunda qalib gələrək rəsmi dünya rekordunu müəyyənləşdirib. “Əl-Hilal” 2023-cü ilin sentyabrından 2024-cü ilin aprelinə qədər hər oyunda qalib gəlib.

Asiya Çempionlar Liqasının yarımfinal oyununda “Əl-Hilal”ın “Əl-Ayn”a (BƏƏ) 4:2 hesabı ilə uduzması ilə seriya kəsilib.

2023-cü ilin yayında “Əl-Hilal” heyətini Neymar, Malkom, Ruben Neves, Aleksandar Mitroviç, Sergey Milinkoviç-Saviç və Kalidou Koulibaly kimi ulduzlarla zənginləşdirib.

Çempionatın yekununda “Əl-Hilal” 96 xal toplayaraq Səudiyyə Ərəbistanı çempionu olub. “Əl-Nasr” ikinci yeri tutub (82 xal), “Əl-Əhli” isə ilk üçlüyü (65 xal) tamamlayıb.

Dünən, mayın 31-də “Əl-Hilal” finalda “Əl-Nəsr”ə qalib gələrək (1:1, 5:4 pen.) Səudiyyə Ərəbistanı kubokunun qalibi olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
320 318 318 275 264 298

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.