Diablo

Diablo Məsləhətlər 3-06-2024, 20:00

Gündə bu qədər yumurta yemək olar – Diyetoloqlardan məsləhət

Gündə bu qədər yumurta yemək olar – Diyetoloqlardan məsləhət
Yumurta sağlam məhsuldur. Ancaq hər gün istehlak edilə bilərmi və kim onları pəhrizindən xaric etməlidir? Bu suallar dietoloqlar cavablandırıb.

Take.az xəbər verir ki, yumurtanın kalorisi azdır, lakin zülal, faydalı mikroelementlər, vitaminlər, minerallar və antioksidantlar çoxdur. Bu, səhər yeməyi üçün yaxşı seçimdir, həm də arıqlamaq istəyənlər üçün əla yemək növüdür.

Dietoloqların sözlərinə görə, bununla yanaşı, yüksək xolesterol tərkibinə görə yumurtanı həddindən artıq çox yemək də olmaz. Bir yumurta gündəlik xolesterol ehtiyacının yarısını ehtiva edir. Yumurta da bir allergendir və salmonella infeksiyasının mənbəyi ola bilər.

Ümumiyyətlə, gündə bir yumurta istehlakı əksər sağlam insanlar üçün təhlükəsiz hesab olunur, Ancaq ürək-damar xəstəlikləri və ya diabet xəstələrinin bu məhsuldan ehtiyatla istifadə etmələri barədə xəbərdarlıq edilir. Mütəxəssislər, həmçinin yumurta bişirmək üçün daha sağlam üsullar seçməyi məsləhət görüblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
318 292 247 255 268 276

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.