ice berg

ice berg Mətbəx 12-06-2024, 16:00

Çox Ləzzətli Yaşıl Lobyalı Toyuq Çığırtması

Çox Ləzzətli Yaşıl Lobyalı Toyuq Çığırtması

Nahara A, C, E, K, B qrupu vitaminləriylə zəngin yaşıl lobya və toyuq ətiylə çox ləziz yemək hazırlaya bilərsiniz. Loading.aZ yaşıl lobyalı toyuq çığırtmasının reseptini təqdim edir.

Yaşıl Lobyalı Toyuq Çığırtmasının tərkibi:
2-4 ədəd toyuq budu
1-2 ədəd laym
2 ədəd bolqar bibəri
200 qr yaşıl lobya
100 ml soya sousu
60 ml küncüt yağı
40 qr küncüt toxumu
zövqə görə duz, istiot

Yaşıl Lobyalı Toyuq Çığırtmasının hazırlanma qaydası:
İlk olaraq bolqar bibərini yuyub samanvari doğrayın. Təzə yaşıl lobyaları yuyub zövqə görə uzun halda saxlayın və ya doğrayın. Tavaya küncüt yağını töküb toyuq budlarını 3 dəqiqə qızardın. Üzərinə lobyaları və doğranmış bolqar bibərini əlavə edib qarışdırın. Soya sousu, duz və istiot əlavə edib tavanın qapağını örtüb 35 dəqiqə bişirin (su əlavə etməyin, tərəvəzlər suyunu buraxacaq). Hazır olan yeməyi süfrəyə verdikdə üzərinə laym suyu və küncüt toxumu səpin. Zövqə görə yaşıl lobyanı qulançarla əvəz edə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
382 300 298 310 277 279

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.