Gözlərim Sev Deyir
Sən deyən zirvəyə qalxa bilmirəm,
Dönüb, bir çay kimi axa bilmirəm.
Könlünü yandırıb, yaxa bilmirəm,
Gözlərim sev deyir, dilim başqa söz.
Gəlişin, gedişin mənə "döz" deyir,
Dilim yadırğayır, ürək düz deyir.
İstəsən dünyanı dolan, gəz deyir,
Gözlərim sev deyir, dilim başqa söz.
Açılmış çiçəksən, ləçəyin çin-çin,
Həsrətdən göynǝrǝm hey için-için.
Cavabsız qalmışam, bilirsən neycin?
Gözlərim sev deyir, dilim başqa söz.
Bir gözüm ağlayar, bir gözüm gülər,
Qəlbin ağrısını çəkənlər bilər.
Ömürdən keçsə də əzablı illər,
Gözlərim sev deyir, dilim başqa söz.
İlahi, bəxtimə gör nələr düşüb,
Üstümə qəm üstən qəmlər yürüşüb.
Əllərim əlində donub, bürüşüb,
Gözlərim sev deyir, dilim başqa söz.
ALMAZ İLAHƏ ƏHMƏDOVA
Dönüb, bir çay kimi axa bilmirəm.
Könlünü yandırıb, yaxa bilmirəm,
Gözlərim sev deyir, dilim başqa söz.
Gəlişin, gedişin mənə "döz" deyir,
Dilim yadırğayır, ürək düz deyir.
İstəsən dünyanı dolan, gəz deyir,
Gözlərim sev deyir, dilim başqa söz.
Açılmış çiçəksən, ləçəyin çin-çin,
Həsrətdən göynǝrǝm hey için-için.
Cavabsız qalmışam, bilirsən neycin?
Gözlərim sev deyir, dilim başqa söz.
Bir gözüm ağlayar, bir gözüm gülər,
Qəlbin ağrısını çəkənlər bilər.
Ömürdən keçsə də əzablı illər,
Gözlərim sev deyir, dilim başqa söz.
İlahi, bəxtimə gör nələr düşüb,
Üstümə qəm üstən qəmlər yürüşüb.
Əllərim əlində donub, bürüşüb,
Gözlərim sev deyir, dilim başqa söz.
ALMAZ İLAHƏ ƏHMƏDOVA







