Mirzoyan belçikalı həmkarına Ermənistan-Azərbaycan sülh prosesini təqdim edib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona səfəri çərçivəsində Belçikanın xarici işlər naziri Hadca Lahbib ilə görüşüb. Sun.Az xəbər verir ki, erməni nazir belçikalı həmkarına Ermənistan-Azərbaycan sülh prosesini qısa şəkildə təqdim edib.
"Həmişə olduğu kimi, belçikalı həmkarım Hadca Lahbib ilə görüşməkdən məmnunam. Ermənistan-Belçika əlaqələrinin və Ermənistanın Aİ ilə tərəfdaşlığının daha da inkişaf etdirilməsi yolları haqqında maraqlı söhbət oldu. Biz əldə etdiklərimizi qiymətləndiririk və daha çox şey üçün məşğul oluruq. Regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Ermənistan-Azərbaycan prosesi haqqında məlumat verilib" ,- deyə Mirzoyan bildirib.