cabir

cabir Xəbərlər 18-07-2024, 12:18

Avropa İttifaqı üçün taleyüklü həftə başlayır

Avropa İttifaqı üçün taleyüklü həftə başlayır
Avropa Parlamentinin (AP) 10-cu qanunvericilik dövrünün başlayacağı bu həftə mühüm səsvermələr keçiriləcək.

Sun.Az xəbər verir ki, Avropa İttifaqının bayrağı AP-nin hazırkı prezidenti Roberta Metsolanın rəhbərliyi ilə keçiriləcək mərasimdə Strasburqdakı AP binası üzərində qaldırılacaq.

Daha sonra 2019-2024-cü il millət vəkilləri Baş Assambleya zalında sonuncu dəfə bir araya gələrək xidmət medallarını Metsoladan alacaqlar.

Yeni Baş Assambleya sabah ilk dəfə toplanacaq. GMT ilə saat 11:00-da başlayacaq iclasda 720 yeni deputat əvvəlcə AP-nin yeni prezidentini seçəcək.

Gizli səsvermə və mütləq səs çoxluğu ilə müəyyən ediləcək yeni prezident 2,5 il müddətində bu vəzifəni icra edəcək.

Seçkilərdə ən böyük qrup olaraq ortaya çıxan Avropa Xalq Partiyasının (APP) namizədi Metsolanın yenidən seçiləcəyi gözlənilir.

Metsola 2022-ci ilin yanvarında qəflətən dünyasını dəyişən David Sassolinin yerinə AP prezidenti seçildi və bu vəzifəni tutan ən gənc şəxs oldu.

Prezident seçkilərindən sonra 14 vitse-prezidentin seçilməsi üçün səsvermə başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
241 280 232 273 206 276

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.