Roberta Metsola yenidən Avropa Parlamentinin sədri seçilib
Roberta Metsola növbəti müddətə Avropa Parlamentinin (AP) sədri seçilib. Sun.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələrində keçirilən seçkilərdən sonra AP Baş Assambleyası Strasburqda toplanıb.
10-cu qanunvericilik dövründə 5 il fəaliyyət göstərəcək 720 millət vəkili ilk iclasda AP-nin sədrini seçib.
Hazırkı prezident, Avropa Xalq Partiyasının (APP) namizədi Roberta Metsola ilə Sol Qrupdan olan ispaniyalı deputat İrene Montero arasında keçirilən səsvermə nəticəsində Metsola mütləq səs qazanaraq yenidən Avropa Parlamentinin sədri seçilib.
Qapalı zərfdə keçirilən səsvermədə Metsola 562, Montero isə 61 səs toplayıb.