Alen Simonyan Roberta Metsolanı yenidən Avropa Parlamentinin sədri seçilməsi münasibətilə təbrik edib
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Roberta Metsolanı yenidən Avropa Parlamentinin sədri seçilməsi münasibətilə təbrik edib. Sun.Az xəbər verir ki, Alen Simonyan "X"də yazıb.
"Yenidən Avropa Parlamentinin sədri seçilməyiniz münasibətilə Roberta Metsolanı təbrik edir və ən xoş arzularımı bildirirəm.
Avropa Parlamentindəki dostlarımızın dəstəyi və Ermənistan və Avropa İttifaqının yaxınlaşmasına yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsi ilə Ermənistan və Aİ tərəfdaşlığının dərinləşməsini səbirsizliklə gözləyirik" ,- deyə o qeyd edib.