cabir

cabir Xəbərlər 31-07-2024, 15:00

Rusiyada hərbi helikopter qəzaya uğrayıb

Rusiyada hərbi helikopter qəzaya uğrayıb
Rusiyada hərbi helikopter qəzaya uğrayıb. Sun.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Mi-28 model hərbi helikopter Kaluqa vilayətində planlaşdırılmış uçuş zamanı qəzaya uğrayıb.

Açıqlamada, yıxılan helikopterin ekipajının həyatını itirdiyi və helikopterin boş bir əraziyə düşdüyü bildirilib.

İlkin məlumata görə, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb və Rusiya Hava-Kosmik Qüvvələri Komandanlığının komissiyası hadisə yerində araşdırma aparıb.

Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa sosial media hesabından verdiyi açıqlamada, Mi-28 model hərbi helikopterin Kaluqanın Jizdrinskiy bölgəsində qəzaya uğradığını və səlahiyyətlilərin hadisə yerində iş apardığını bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
285 323 261 214 285 225

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.