n2006

n2006 Mətbəx 7-08-2024, 11:00

Əriklə kəsmikli keks

Əriklə kəsmikli keks
Tərkibi:
400 qr kəsmik
4 yumurta
1 st. şəkər tozu
100 qr kərə yağı
1 paket qabartma tozu
1,5 stəkan un
1 ç.q. vanilin
1 çimdik duz
300 qr ərik

Hazırlanması:
1. Yumşalmış kərə yağı şəkər tozu və vanilinlə yaxşı çalınır.
2. Kəsmik ələkdən sıxılır və yağlı kütləyə əlavə olunur, yaxşı qarışdırılır.
3. Bir-bir yumurta, duz əlavə olunur, qarışdırılır.
4. Un qabartma tozu ilə birlikdə ələnir, kütləyə əlavə olunur.
5. Ərik yuyulur, çəyirdəkləri çıxarılır, tikələrə kəsilir.
6. Formaya yağ çəkin, un səpin, xəmirin bir hissəsini qoyun, üzərinə ərik, yenə xəmir və yenə ərik qoyun. Sonuncu qat xəmir olmaldır. Formanın yuxarısı boş qalmalıdır, ona görə ki, kesk yaxşı qalxır.
7. Sobanı 170 C qədər qızdırın və təxminən 1 saat ərzində bişirin. Keksin hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
8. Keks soyuyanda üzərinə şəkər pudrası səpin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
288 346 265 227 245 263

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.