nzeyniyev

nzeyniyev Şeirlər 9-08-2024, 22:02

Vida

Vida
Biryolluq mən gedirəm,
Əlvida, bədbəxtliyim.
Gəlirəm, gözlə məni,
Əbədi xoşbəxtliyim.

Bir yanımda yığın-yığın
Durmuş köhnə məktublar var.
Bir yanımda içilməmiş,
Dolmuş neçə badələr var.

Yaşarkən baş daşını,
Mən gəzdirən adamam.
Özümü öz canımdan,
Mən bezdirən adamam.

Bax, taqətim qalmayıb,
Təmiz ruhdan düşmüşəm.
Həyat, həyat, söyləmə!
Əlimi ondan üzmüşəm.

Hesaba qatmamışdım,
Fələyin bu işini.
Qazandığım birdisə,
İtirmişəm beşini.

Həqiqəti göstərmir,
Saxtadır güzgülərdə.
Mən bir adam itirdim,
Tapmadım güzgülər də.

Hələ körpə ümidlərin
Məndən sonra,
İsinməyə bir yeri var.
Daha solmuş ümidlərə,
Söz deməyin nə yeri var?

İndi daha gedirəm,
Əlvida, bədbəxtliyim.
Gəlirəm, gözlə məni,
Əbədi xoşbəxtliyim.

• Nail Zeyniyev

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
317 329 243 223 228 306

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.