Yaşıl əvəzinə mavi: Yapon işıqforlarının sirri nədir?
Yaponiyada işıqforun yaşıl deyil, mavi olduğunu bilirdinizmi?
Loading.aZ'ın xarici mətbuata istinadən məlumatına görə, bu ənənənin kifayət qədər maraqlı izahı var.
Niyə Yaponiyada işıqfor yaşıl deyil, mavidir?
Uzun müddətdir yaponlar yaşıl və mavi rəngləri bir sözlə ifadə ediblər - aoi.
Sonralar yaşıl rəngi ifadə etmək üçün midori sözü istifadə edilib.
Lakin yaponlar əksər hallarda yaşıl aoi adlandırmağa davam ediblər. Və bu səbəbdən qarışıqlıq yaranıb.
İşıqforlar ilk dəfə 1930-cu illərdə Yaponiyada quraşdırılıb. Bunlar adi işıqforlar olub, icazə siqnalı da yaşıl idi.
Amma yaponlar bu siqnalı həmişə midori deyil, aoi adlandırıblar. Nəticədə 1973-cü ildə Yaponiya hökuməti işıqforların mavi rəngdə olması barədə qərar qəbul edib.