n2006

n2006 Sağlamlıq 22-08-2024, 12:00

Ağız Səslərinə Qarşı Aqressivləşmə-Misophonia

Ağız Səslərinə Qarşı Aqressivləşmə-Misophonia
Misophonia (misofoniya)- yemək yemə, hər hansı digər qidalar qəbul edilərkən çıxarılan səslərə qarşı aqressivləşmə, uşaq ağlama səslərinə qarşı tab gətirə bilməmə, bir başqasının hündürdən alıb-verdiyi nəfəs səslərindən əsəbləşmə əlamətlərinə verilən addır.

Bu əlamətlərin xəstəlik olub olmadığı ətrafında hələki tam fikir birliyi olmasa da, bəhsolunan əlamətlərin ciddi problem olduğu şübhəsizdir. Nəbz artışlarından, sürətli ürək döyüntülərinə və hətta qarşısındakına fiziki təsir edəcək qədər yüksək həddə yüksələbilən bu əlamətlərin daşıyıcısı insanlar eyni zamanda sosial mühitdən bacardıqca uzaq durmağa çalışırlar.

İlk dəfə 2000-ci illərin başlarında elmi şəkildə araşdırılan məsələ 2001-ci ildən etibarən misophonia olaraq adlandırılmışdır. Daha sonralar Newcastle Universitetinin tədqiqatçıları bəhsolunan mövzu ətrafında daha dərin araşdırma edərək yeni nəticələr əldə etmişlər. Belə ki, araşdırmada misophoniyadan əziyyət çəkən insanların beyinlərində fərqliliyin olduğu üzə çıxmışdır. Daha doğrusu dəyişikliklər həmin səslərin eşidilməyə başlandığı andan aktivləşməyə başlar. Bu baxımdan səslər qarşılıq verməyən (yağış səsi, su qaynaması), xoşagəlməz səslər (uşaq ağlaması, qışqırıq, dəzgah səsi) və insanların çıxardığı (yemək yemə zamanı çıxan) olaraq təsnif edilmişdir.

Bu əlamətlər hər nə qədər xəstəlik olaraq qəbul edilməsə də, ətrafdakıların bu problemləri yaşayan insanlara qarşı anlayışlı olmasında fayda var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
265 304 246 232 262 264

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.