n2006

n2006 Sağlamlıq 23-08-2024, 19:00

Sizin də yaddaşınız zəifdir? – OXUYUN

Sizin də yaddaşınız zəifdir? – OXUYUN
Unutqanlıq bir çox insanın yaşadığı ortaq problemdir. Daha çox yetkin insanlarda görülsə də, son dövrlər gənclər arasında da hafizə problemləri getdikcə artır. Yaşanan bu unutqanlıq şəxsin fərdi və iş həyatında ciddi problemlərə yol açacaq qədər ciddiləşibsə, mütləq bir həkimə baş vurmaq lazımdır.

Mütəxəssislər hafizə problemlərinin yaşanmaması üçün yuxu və qidalanma vərdişlərini gözdən keçirməli olduqlarını deyir.



Yalnız yaşlılarda yaşanmır

Unutqanlıq çağımızın ən mühüm və ciddi sağlamlıq problemlərindən biridir. Unutqanlıq hər nə qədər irəli yaş və demans xəstəliyi ilə əlaqələndirilsə də, sadəcə yaşlı insanların yaşadığı bir problem deyil. Əksinə, son dövrlər gənclər və orta yaşlı insanlar bu problemdən dolayı həkimə tez-tez müraciət edir.

Mütəxəssislər stressli həyat və depressiyanın unutqanlığın ən başlıca səbəbi olduğunu vurğulayır. Qayğı, stress, depressiv halların artması hafizə problemlərinə yol açır.



Hər yaşdakı unutqanlıq ciddiyə alınmalıdır

Onu da qeyd edək ki, hər yaşanan unutqanlıq alzehmeyr xəstəliyi demək deyil.



B 12 vitamin əskikliyinə diqqət edin

B12 vitamini ət və süd məhsullarından alınan və suda əriyə bilən bir vitamindir. Qan hüceyrələrinin yenilənməsində yardımçı olan B12 vitamini eyni zamanda sinir hüceyrələri və duyğu funksiyalarının qorunmasında da olduqca effektlidir.

B12 vitamin əskikliyində sinir gərginliyi, unutqanlıq, balans pozğunluğu, keyimə, duyğusal qüsurlar ortaya çıxır. Yetərincə ət yeməyən və vegetarian kimi yeyən şəxslərdə B12 vitamin əskikliyi olur. Yuxu və qidalanma vərdişlərini də dəyişmək mütləqdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
179 252 198 273 201 180

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.