n2006

n2006 Hekayələr 30-08-2024, 13:00

Qısa müdrik hekayələr: Mismar üstündə uzanan it / Məsəllər

Qısa müdrik hekayələr: Mismar üstündə uzanan it / Məsəllər
Bir gün bir kişi evin yanından keçib, yellənən kresloda yaşlı bir qadını gördü, onun yanında yaşlı bir kişi qəzet oxuyurdu və onların arasında bir it eyvanda uzanıb ağrılı kimi sızlayır.

Yoldan keçən bu adam öz-özünə fikirləşdi ki, it niyə sızlayır?

Ertəsi gün yenə bu evin yanından keçdi. O yellənən stullarda qoca bir ər-arvad və onların arasında uzanıb eyni kədərli səsi çıxaran bir iti yenə gördü.

Çaşmış adam özünə söz verdi ki, sabah it sızlasa, bu barədə yaşlı cütlükdən soruşacaq.

Üçüncü gün bədbəxtliyinə görə eyni mənzərəni gördü: yaşlı qadın stulda yellənir, qoca qəzet oxuyur, it yerində yazıq-yazıq sızlayırdı.

Daha dözə bilmədi:

“Bağışlayın, xanım, – o yaşlı qadına tərəf döndü, – “itinizə nə olub?”

– Buna? – cavab verdi. – O mismar üstündə uzanıb.

Onun cavabından çaş-baş qalan kişi soruşdu:

“Əgər o mismar üstündə uzanıb ağrı çəkirsə, niyə ayağa qalxmır?”

Yaşlı qadın gülümsədi və mehriban, mülayim səslə dedi:

“Deməli, əzizim, o sızıldamaq üçün kifayət qədər ağrı çəkir, amma hərəkət etmək üçün – o ağrı kifayət deyil!”

___
Dostlar, indi demək olar ki iti qaldırıb o mismarı götürmək olardı. Amma gəlin bu hekayəyə bir öyrədici və nəticə çıxarılacı bir dərs kimi baxaq.

Yəni hekayənin əsas ideyası odur ki, bizim problemlərimiz var və onları həll etmək üçün çalışmırıqsa, deməli əslində o problemin kifayət qədər ağır olduğunu anlamırıq və bizi indiki vəziyyət qane edir.

Yəni uğursuzluğumuzun çox səbəbi başımızdadır, düşüncəmizdə və problemlərə yanaşmağımızda 😉

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
357 337 264 277 300 276

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.