cabir

cabir Xəbərlər 4-09-2024, 15:26

Qeydiyyatsız torpaqlar haqqında VACİB AÇIQLAMA

Qeydiyyatsız torpaqlar haqqında VACİB AÇIQLAMA
Qeydiyyatsız torpaqlar haqqında VACİB AÇIQLAMA"Torpaq islahatı haqqında" Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyən edilib.

Mövzu ilə bağlı Sun.Az -a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edib ki, hazırda yarım milyondan çox mülkiyyət hüququ olmayan torpaq sahələri mövcuddur:

"Torpaqlar zamında istər bələdiyyələr tərəfindən, istər kalxoz, savxozlar, istərsə də icra hakimiyyəti və müxtəlif qurumlar tərəfindən fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələri ayrılıb. Amma bu torpaq sahələrinin əksər hallarda təyinatı dəyişilməyib. Yəni, kənd təsərrüfatı təyinatlı torpaq vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün sərəncamla ayrılsa da, həmin sərəncam üzərinə vətəndaş tikinti işləri aparıb, lakin həmin əraziyə çıxarış aldıqda məlum olub ki, bu torpağın təyinatı yaşayış məntəqəsi üçün deyil, digər təyinatlı torpaqdır. Qanunvericiliyə əsasən tikilişlər təyinata uyğun olaraq torpaqlarda aparılmalıdır. Bu baxımdan həmin ərazilərə çıxarışların verilməsi üçün birinci növbədə onların təyinatı dəyişilib yaşayış məntəqələri torpaqlarına çevrilməlidir. Daha sonra həmin ərazilər çıxarışla təmin oluna bilər".

Elnur Fərzəliyev qeyd edib ki, çox sayda ərazilər var ki, bu ərazilərdə ümumiyyətlə tikinti işlərinin aparılması qadağandır:

"Belə deyək ki, neft buruqlarının ətrafı, yüksək gərginliyə malik elektrik naqillərinin ətrafı, dənizkənarı sahil boyu əraziləridir ki, bu ərazilərdə neytral məsafə qorunmalı idi. Məhz neytral məsafə qorunmadığına görə də, bu tip ərazilərdə yerləşən torpaqlara çıxarış verilə bilmir. Nə vaxt veriləcəyi haqqında məlumat isə əmlak xidmətləri tərəfindən veriləcəkdir.
Bu günə qədər kimin sənədi qaydasındadırsa, bu on illər ərzində onlar müraciət edib və sənədlərini alıblar. Mülkiyyət hüququ ala bilməyənlərin torpaqların düzgün təyinat olmadığından və ya digər səbəblərdən ala bilmirlər. Bu halda da günahkar tərəf vətəndaş deyil. Çünki vətəndaş da həmin torpağı səlahiyyətli bir dövlət qurumundan alıb. Onun təyinatı ilə bağlı vətəndaş məlumatsız ola bilər. Ümumilikdə isə bu problemi yaşayan vətəndaşların sayı Bakı və Abşeron üzrə yarım milyondan çoxdur".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
186 185 157 164 169 157

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.