cabir

cabir Xəbərlər 5-09-2024, 18:30

Gürcüstan Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır

Gürcüstan Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır
Ermənistan parlamentinin sədri Alen Simonyan Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sun.Az xəbər verir ki, Samxaradzenin nümayəndə heyəti Ermənistan parlamentinin xarici işlər üzrə daimi komissiyasının birgə iclasında iştirak etmək üçün İrəvana gəlib.

Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Alen Simonyana səmimi qəbula görə təşəkkür edib və təşəbbüsü alqışlayıb. Regional hadisələrdən danışan Nikoloz Samxaradze Gürcüstanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini qeyd edib. Tərəflər həmçinin Ermənistan-Gürcüstan gündəliyi və regional maraqlarla bağlı müxtəlif digər məsələləri də müzakirə ediblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
182 221 215 223 204 198

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.