n2006

n2006 Aforizm 11-09-2024, 12:00

Siyasət rol oynarkən, ədəbiyyat susur.

Siyasət rol oynarkən, ədəbiyyat susur.
Mən gözəllərdə gözəl ruh araram,
Ruhu düşkünləri çirkin sanaram.
Həp sevgidir gözəlliyi insana sevdirən,
Məhrumi-eşq olunca gözəllik də can sıxar.
- Hüseyn Cavid
Hər ümidsizlikdə bir ümid, hər qаrаnlıqdа bir işıq yаşаyır…
- Hüseyn Cavid
Gənclik, əlbəttə, böyük nemətdir,
Ən umulmaz böyük səadətdir.
- Hüseyn Cavid
Bəxtiyarsan, əgər çəkdiyin əmək,
Cahan süfrəsinə versə bir çiçək.
- Hüseyn Cavid
Ah, nə xoşdur əbədi sülh olsa,
Bəşəriyyət acıdan qurtulsa. - Hüseyn Cavid
Bir millətin tərəqqi və tənəzzülünü bilmək üçün onun məktəblərini görmək kifayət edər. - Hüseyn Cavid
Təzad həyatın ahəngidir.
Yаşаdаn kаinаtı qüvvətdir,
Gücsüzün həp nəsibi zillətdir. - Hüseyn Cavid
Bir millətin lisanı mövcudiyyətinin ən parlaq bürhanıdır. - Hüseyn Cavid
Lazımdırsa cəhalətlə güləşmək,
Bir çarə var, o da yeniləşmək! - Hüseyn Cavid
Hər qüvvətə üstün gəlir аncаq qоrxusuz bəşər,
Cаhаn igid ərlərindir, qоrxаn gözə çöp düşər… - Hüseyn Cavid
Qüvvət üstündə varsa əqli-səlim
Sana həp kainat olur təslim! - Hüseyn Cavid
Arslanların saymazlığı şikarı tülkülərə qapdırar. - Hüseyn Cavid
Siyasət rol oynarkən, ədəbiyyat susur. - Hüseyn Cavid
İdrakı sönük başçıların qəfləti ancaq
Etmiş, edəcək milləti həp əldə oyuncaq. - Hüseyn Cavid
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq... - Hüseyn Cavid
Mümkün olsaydı da yurdumdakı meyxanələri həp kütübxanə yapardım. - Hüseyn Cavid
Ölüm var ki, həyat qədər dəyərli,həyat var ki, ölümdən də zəhərli. - Hüseyn Cavid
Zaman gələcək yazılmamış əsərlərimə, qaranlıq zindanıma xalqım da ağlayacaq. Tarixə, xalqa xeyir vermiş, vaxtından əvvəl itirilmiş günahsız, ləkəsiz zavallılar için nə qədər təəssüf ediləcək. - Hüseyn Cavid
Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir. - Hüseyn Cavid
Kəssə hər kim tökülən qаn izini,
Qurtаrаn dаhi оdur yеr üzünü. - Hüseyn Cavid

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
438 430 447 366 393 355

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.