HASANLY

HASANLY İdman 27-09-2024, 14:50

UEFA Avropa Liqasının rəsmi saytı "Tottenhem" - "Qarabağ" matçını şərh edib

UEFA Avropa Liqasının rəsmi saytı "Tottenhem" - "Qarabağ" matçını şərh edib
UEFA-nın rəsmi saytı "Tottenhem"in Avropa Liqasının Liqa mərhələsinin ilk turunda Londonda "Qarabağ" üzərində qazandığı qələbəni (3:0) şərh edib.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, London klubunun evdəki qələbəsi barədə bunlar qeyd edilib:

"Tottenhem" azlıqda olsa belə, inamlı qələbə qazandı. Eksperimental müdafiə xətti quran londonlular lap əvvəldən topu itirməyə başladılar ki, bu da sonda Radu Draquşinin 8-ci dəqiqədə meydandan qovulması ilə nəticələndi. "Qarabağ" üstünlüyünü inkişaf etdirməyə çalışsa da, bir sıra qol imkanlarını əldən verdi. Amma "Tottenhem" qonaqların müdafiə səhvindən dərhal yararlandı və Brennan Consonun səyi ilə hesabı qısa zamanda açdı. Fasilədən sonra meydan sahiblərinin qapıçısı Qulyelmo Vikario "çərçivə"də möcüzələr yaratdı. Əks-hücumlardakı komanda yoldaşları Pap Sarr və Dominik Solankenin qolları sayəsində hesabı böyütdülər. Toral Bayramov penaltidən intriqanı geri qaytara bilərdi, amma o, topu qapının dirəyinə vurdu".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
253 230 181 192 163 226

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.