Dünyanın ən yaşlı pişiyi öldü
İngiltərədə yaşayan dünyanın ən yaşlı pişiyi Rosi 34 yaşında ölüb. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, 1990-cı ildə doğulan Rosi İngiltərənin Norfolk bölgəsində yaşayıb. Sahibi 73 yaşlı Lila Brisset pişiyi ailə üzvü hesab etdiyini, ölümünün onu çox sarsıtdığını bildirib.
Qeyd edək ki, "Ginnesin Rekordlar Kitabı" na görə Rosidən sonra dünyanın ən yaşlı pişiyi 28 yaşlı Flossidir.
Qeyd edək ki, "Ginnesin Rekordlar Kitabı" na görə Rosidən sonra dünyanın ən yaşlı pişiyi 28 yaşlı Flossidir.






