cabir

cabir Sağlamlıq 6-10-2024, 14:00

Ürəyi qorumaq üçün nə etməliyik?

Ürəyi qorumaq üçün nə etməliyik?
Türkiyəli kardioloq, professor Bilal Boztosun 29 sentyabr Dünya Ürək Günündə bu orqanı qorumağın əsas yollarını sadalayıb. Sun.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Həkim ürək sağlamlığının qorunmasında yeriməyin əhəmiyyətini vurğulayıb.

"Gün ərzində çox gəzməliyik. Çəkimizə də diqqət etməliyik. Çəkimizi normallaşdıraq ki, sağlam şəkildə qocalaq", - deyə professor bildirib.

Qəlbin qədrini bilmək lazım olduğunu deyən Boztosun ürəyi qorumağın ən mühüm yollarının xolesterola, şəkərə, təzyiqə və stresə diqqət yetirmək, həmçinin tütündən uzaq durmaq olduğunu qeyd edib.

"Bədənimizdəki bir çox orqanlar cütdür. Amma ürəyimiz təkdir. Onu çox yaxşı qorumalıyıq. Bunun üçün ən vacib yol xolesterola diqqət yetirməkdir. Şəkər və təzyiqimizə nəzarət etməliyik. Stresdən və tütün məmulatlarının istifadəsindən uzaq durmalıyıq. Hamımız bilirik ki, qabaqcıl texnologiyalara baxmayaraq, dünyada ən çox yayılmış ölüm səbəbi təəssüf ki, ürək-damar xəstəlikləridir. Burada ən önəmlisi odur ki, əgər ailədə genetik ürək xəstəliyi varsa, şikayətiniz olub-olmamasından asılı olmayaraq, müayinələrdən yayınmayın. Hər altı aydan bir və ya hər il müayinədən keçin", - həkim tövsiyə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
231 286 193 210 180 273

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.