cabir

cabir Xəbərlər 19-10-2024, 12:59

Azərbaycanda gənclər arasında insult halları ARTIB

Azərbaycanda gənclər arasında insult halları ARTIB
Son illərdə ölkəmizdə insult halları sürətlə artır. Sun.Az Xəzər TV-yə istinadən bildirir ki, dünya səhiyyə təşkilatının məlumatına görə Azərbaycan insult nəticəsində ölüm hallarının yüksək olduğu ölkələr arasındadı. Ümumilikdə, ölkədə hər il təxminən 11000 dən çox insan insult keçirir.

İnsult əvvəllər daha çox yaşlı insanlar arasında müşahidə edilirdisə, indi bu xəstəlik gəncləri də ağuşuna alıb. Nevroloq Röyanə Quluzadə deyir ki, yüksək arterial təziq, qanın laxtalanmaya meyililiyi, şəkərli diabet kimi xəstəliyi olan istənilən yaş qrupuna aid insanlarda damarlar zədələnir. Belə olduqda isə insult və infakta meyillilik artır.

Risk faktorları arasında diabet, stress, qeyri-sağlam qidalanma və genetik meyillilik də yer alır. Kardioloq Günay Rəhimova deyir ki, bəzən ürək damarlarında tromp dənəcikləri əmələ gəlir. Daha sonra bu dənəciklər birləşdiyi halda böyük trompa çevrilərək insult faktını yaratmış olur.

Gənclər arasında artan insult halları ciddi narahatlıq doğurur. Amma sağlam həyat tərzi və vaxtında tibbi müdaxilə ilə bu problemi azaltmaq mümkündür. Gənclərimiz sağlamlığını qorumaq üçün aktiv olmalı, stressi idarə etməli və mütəmadi olaraq həkim yoxlanışından keçməlidirlər.

Ətraflı videomaterialda:

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
170 186 158 158 171 124

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.