Anacan
Bir çiçəkdə böyümür divarlar arasında,
Bir bənövşə yaşamır heç ömrünü sonacan.
Hamı məndən inciyib, hamı mənə qırılıb,
Nə olsada özümün günahıdır, anacan.
Köksümdə qucaq-qucaq illərlə dərd böyütdüm,
Çinar kimin adamın qəddin büküb, əyiltdim.
Dostla getdiyim yolu yenədə tək qayıtdım,
Dünya cəhənnəm olsa, mən içində yanacam.
Bağışla, ağlayıram, uşağam da neyləyim?!
Səndə yoxsan, dərdimi axı kimə söyləyim?
Elə bil and içmişəm, cana zülüm eyləyim?
Gözlərimi bağlayım, sayım birdən onacan.
Yaşamaqdan saymıram, bəlkə doğulmamışam,
Uçuq-sökük görünüb, hələ dağılmamışam.
Mən insanam, əzizim, daşdan yoğrulmamışam,
Yenə Bakı küləyi soyuğundan donacam.
Açmıram daha bir gün sabahı xeyir ilə,
Kimlər yola salmışam yazılan şeir ilə.
Külək qapı-bacanı durmadan döyür elə,
Gələnim olmayacaq, yenə tənha qalacam,
Nə etsəmdə, özümün günahıdır, anacan..
• Nail Zeyniyev