cabir

cabir Xəbərlər 9-11-2024, 16:31

Leysan yağıb - Faktiki hava

Leysan yağıb - Faktiki hava
Bu gün saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sun.Az -a verilən məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında və bəzi şərq rayonlarında axşam saatlarından başlayaraq arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.

Düşən yağıntının miqdarı Bakıda 13 mm, Neftçalada 8 mm, Lerikdə 3 mm, Astarada 1 mm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 dərəcəyədək, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta qeydə alınıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
208 195 196 200 157 200

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.