cabir

cabir Xəbərlər 16-11-2024, 12:00

Bu əraziyə suyun verilişi sabaha qaldı

Bu əraziyə suyun verilişi sabaha qaldı
Bakının Hövsan qəsəbəsinin su təchizatı sabah bərpa ediləcək. Sun.Az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

"Magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı işlər çərçivəsində Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində suyun verilməsində 15 noyabr tarixində yaranan fasilələrin 16 noyabr tarixi, səhər saatlarında aradan qaldırılacağını bildirmişdik.

Həmin xəttin üzərindəki torpaq təbəqəsi açıldıqdan sonra qəza həcminin böyük olduğu aşkarlanıb. Bununla bağlı təcili təmirə ehtiyac yarandığı üçün ümumi işlərin noyabrın 17-si tam yekunlaşdırılacağı və əraziyə suyun verilməsinin gün ərzində mərhələlərlə bərpa ediləcəyi planlaşdırılır", - məlumatda bildirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
229 245 169 236 201 174

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.