cabir

cabir Xəbərlər 18-11-2024, 18:11

Həyat yoldaşına xəsarət yetirən qadın infakt keçirdi

Həyat yoldaşına xəsarət yetirən qadın infakt keçirdi
Türkiyənin Ankara şəhərində ailə davası faciə ilə sona çatıb. Sun.Az türk mediasına istinadən xəbər verir ki, Sultan və Sərvət Köroğlu ailəsində məişət zəminində dava baş verib. Dava zamanı Sultan Köroğlu həyat yoldaşı Sərvət Köroğluna bıçaqla zərbə endirib.

Zərbədən sonra Sərvət Köroğlu huşunu itirərək yıxılıb. Bu zaman qadın yaşadığı gənginliklə əlaqədar olaraq beyin infaktı keçirib.

Çevrədəki şəxslər tərəfindən hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım həkimləri çağrılıb.

Qadına müdaxilə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. Sərvət Köroğlu isə xəstəxanaya yerləşdirilib. Vəziyyəti qənaətbəxş hesab edilir.

Hadisə ilə bağlı istintaq araşdırmaları başlayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
228 228 166 171 192 224

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.