Diablo

Diablo Maraqlı 19-11-2024, 21:10

DİŞ AĞARDICI TƏBİİ MƏHSULLARIN ADI AÇIQLANIB

DİŞ AĞARDICI TƏBİİ MƏHSULLARIN ADI AÇIQLANIB
Diş ağardıcı təbii məhsulların adı açıqlanıb. Harvard Stomatologiya Məktəbinin mütəxəssislərinin araşdırması zamanı müəyyən olub ki, brokkoli, kivi və badam birləşməsinin güclü ağardıcı təsiri var.
Professor Maykl Andersonun rəhbərlik etdiyi bir qrup alim 200 könüllünün iştirakı ilə 6 ay ərzində araşdırma aparıb.
Tədqiqatın dərc olunduğu "Journal of Dental Research" bildirib ki, iştirakçılar xüsusilə seçilmiş təbii ağardıcı məhsulların daxil olduğu pəhriz rejiminə riayət edib. Nəticələr göstərib ki, brokoli, kivi və badamın birləşməsi diş minasına zərər vermədən ağardılmasına kömək edir.
Mütəxəssislər, ənənəvi ağardıcı üsulların çox vaxt yan təsirlərlə müşahidə olunduğunu və dişlərin, diş ətinin vəziyyətinə mənfi təsir göstərdiyini vurğulayıb.
Məlumata görə, yeni tapılan qarışımın klinik sınaqları ilin sonuna qədər başa çatacaq. Nəticədə bu, ağız boşluğuna qulluq vasitələri istehsalçılarına, diş minasını daha təhlükəsiz ağardan məhsullar təqdim etməyə imkan verəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
239 234 219 241 221 214

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.